Dağlıq rayonlarda 8 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA | 1news.az | Xəbərlər
Cəmiyyət

Dağlıq rayonlarda 8 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA

11:37 - Bu gün
Dağlıq rayonlarda 8 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA

Saat 11:00-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi şərq rayonlarında arabir yağıntılı olub, dağlıq rayonlarda qar yağıb.

1news.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, düşən yağıntının miqdarı Şamaxıda 2 mm, Şəki, Qobustan, Şahdağ, Astarada 1 mm-dək olub. Qar örtüyünün hündürlüyü Qrız, Ordubadda 2 sm-dir.

Bəzi yerlərdə qərb küləyi əsib və küləyin sürəti Tovuz, Ceyrançöldə 20 m/s, Naftalan, Şəmkir, Gəncədə 18 m/s-dək güclənib.

Bakı, Sumqayıt, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Qax, Şəki, Qəbələ, Şamaxı, Qobustan, Qusar, Qrız, Yevlax, Göyçay, Zərdab, Lerikdə duman müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 7 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.

Paylaş:
58

Son xəbərlər

Bütün xəbərlər