Şirvanda iki maşın toqquşub, xəsarət alanlar var | 1news.az | Xəbərlər
Cəmiyyət

Şirvanda iki maşın toqquşub, xəsarət alanlar var

17:12 - 20 / 01 / 2025
Şirvanda iki maşın toqquşub, xəsarət alanlar var

Yanvarın 20-də Şirvan şəhər Salyan döngəsi adlanan ərazidə baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə 5 nəfər (2 kişi cinsli, 3 qadın cinsli olmaqla) Şirvan Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

1news.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlara müxtəlif dərəcəli bədən xəsarətləri ilə zəruri tibbi xidmətlər göstərilib.

Daxili qanaxma səbəbilə 1 nəfər üzərində cərrahi əməliyyat icra edilib.

Hazırda tibb müəssisəsinin aidiyyəti şöbələrində 4 nəfərin stasionar müalicəsi davam etdirilir, 1 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.

Paylaş:
235

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər