Mərkəzi Bank "Azər-Türk Bank"a icrası məcburi göstəriş verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Mərkəzi Bank "Azər-Türk Bank"a icrası məcburi göstəriş verib

Qafar Ağayev17:12 - Bu gün
Mərkəzi Bank "Azər-Türk Bank"a icrası məcburi göstəriş verib

Azərbaycan Mərkəzi Bankı (AMB) “Azər-Türk Bank” ASC-yə icrası məcburi sərəncam verib.

Bu barədə 1news.az-a AMB-yə istinadən xəbər verir.

Məlumata görə, “Azər-Türk Bank” ASC tərəfindən “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nın (Qayda) 14.1-ci bəndinin tələbinin pozulmasına görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci maddəsinin tələblərini rəhbər tutaraq, Mərkəzi Bank tərəfindən “Azər-Türk Bank” ASC-yə müvafiq pozuntunun qısa müddətdə aradan qaldırılması və qeyd olunan halların gələcəkdə təkrarlanmaması üçün daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilib.

Qeyd edək ki, “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nın (Qayda) 14.1-ci bəndininə görə, sistem əhəmiyyətli banklar istisna olmaqla, digər banklar leverec əmsalını 4 faizdən az olmayan səviyyədə saxlamalıdır.

Paylaş:
51

Son xəbərlər

Bütün xəbərlər