Son 10 ildə Orta Dəhlizlə daşınan avtotexnika və vaqon sayında artım olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Son 10 ildə Orta Dəhlizlə daşınan avtotexnika və vaqon sayında artım olub

Qafar Ağayev17:52 - Bu gün
Son 10 ildə Orta Dəhlizlə daşınan avtotexnika və vaqon sayında artım olub

Son 10 ildə davam edən qlobal iqtisadi böhranlar, eyni zamanda müharibələr və pandemiyaya baxmayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda nəqliyyat-logistika sahəsində həyata keçirilən irimiqyaslı layihələr hesabına Orta Dəhliz üzrə yükdaşımalarda müsbət nəticələr qeydə alınıb.

1news.az bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) istinadən xəbər verir.

Bildirilib ki, bu dinamika gəmi-bərələrlə daşınan avtotexnika (TİR) və vaqonların sayında da özünü göstərir.

Belə ki, 2015-ci ildə 38 079 ədəd avtotexnika (TİR) və vaqon daşınması həyata keçirilmişdirsə, 2024-cü ildə bu say 77 071 ədədə çatıb. Bu da ümumilikdə 102.40% və ya 2 dəfədən çox artım deməkdir.

Qeyd edək ki, Orta Dəhliz Çin və Aİ ölkələrininin konteynerlərlə dəmir yolu yük daşımaları şəbəkələrini Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Şərqi Avropa ölkələri vasitəsilə birləşdirir.

Çoxtərəfli, multimodal nəqliyyat infrastrukturu Xəzər dənizi və Qara dənizin bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri ilə birləşdirir.

Orta Dəhliz Çindən Türkiyəyə, eləcə də, Avropa ölkələrinə və əks istiqamətdə yük axınının artmasına səbəb olur.

Bu dəhlizlə hərəkət edən qatarlar yükləri Çindən Avropaya orta hesabla 20-25 gün ərzində çatdırır və bu qeyd olunan nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.

Paylaş:
63

Son xəbərlər

Bütün xəbərlər