Bakıda bəzi yollarda sıxlıq yaranıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda bəzi yollarda sıxlıq yaranıb

Qafar Ağayev09:05 - 24 / 01 / 2025
Bakıda bəzi yollarda sıxlıq yaranıb

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb.

1news.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:

1. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;

2. "20 Yanvar" dairəsində;

3. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

5. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

6. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;

7. Koroğlu Rəhimov küçəsi, ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

8. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;

9. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

Paylaş:
102

Son xəbərlər

Bütün xəbərlər