Bakıda mağazalardan oğurluqda şübhəli bilinən şəxslər saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda mağazalardan oğurluqda şübhəli bilinən şəxslər saxlanıldı

Qafar Ağayev17:43 - Bu gün
Bakıda mağazalardan oğurluqda şübhəli bilinən şəxslər saxlanıldı

Nərimanov rayonu ərazisində yerləşən mağazalardan 214 manat pul, 2 ədəd mobil telefon, 2457 manat dəyərində spirtli içkilər oğurlanması barədə polisə məlumat daxil olub.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Nərimanov RPİ 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 31 yaşlı B.Əbilov və 34 yaşlı S.Qasımov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Paylaş:
40

Son xəbərlər

Bütün xəbərlər