Xocalıda ilk körpə dünyaya gəlib | 1news.az | Xəbərlər
Cəmiyyət

Xocalıda ilk körpə dünyaya gəlib

09:39 - Bu gün
Xocalıda ilk körpə dünyaya gəlib

İşğaldan azad edildikdən sonra Xocalı rayonunun Ballıca kəndində ilk körpə dünyaya gəlib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Xocalı sakini, 1996-ci il təvəllüdlü Sevanə Məmmədovanın dünyaya gətirdiyi ilk övladı oğlandır. Ballıca kəndində dünyaya göz açan körpəyə babası Mehdinin adını veriblər. Hazırda anaya və körpəyə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir, vəziyyətləri qənaətbəxşdir.

Qeyd edək ki, körpənin atası İlqar Məmmədov Vətən müharibəsinin iştirakçısı, müharibə veteranıdır. Hazırda ANAMA- da işləyir. Məmmədovlar ailəsi bir müddət əvvəl Ballca kəndinə köçüblər.

Paylaş:
102

Son xəbərlər

Bütün xəbərlər