Azərbaycan məktəblərində kağız jurnallar ləğv ediləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan məktəblərində kağız jurnallar ləğv ediləcək

Qafar Ağayev15:32 - Bu gün
Azərbaycan məktəblərində kağız jurnallar ləğv ediləcək

“Gələn tədris ilindən kağız jurnallar ləğv ediləcək”

1news.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev 6 fevral tarixində keçirdiyi brifinqdə bildirib.

Nazirin sözlərinə görə, "Rəqəmsal məktəb" platformasında dörd əsas funksional bölmə – şagird, valideyn, müəllim və direktor kabineti mövcud olacaq.

"Bu platforma vasitəsilə valideynlər övladlarının dərs prosesini onlayn izləyə biləcəklər. Ümumilikdə, təhsil sisteminin rəqəmsallaşması sürətlə davam edir. Gələn tədris ilindən etibarən məktəblərdə jurnallar tamamilə onlayn formata keçəcək. Bu yenilik təhsilin keyfiyyətinin daha da yüksəlməsinə töhfə verəcək", – deyə Emin Əmrullayev qeyd edib.

Paylaş:
53

Son xəbərlər

Bütün xəbərlər