Ağcabədidə kanalda batması ehtimal olunan şəxsin axtarışları davam edir - YENİLƏNİB
Ağcabədi rayonunda Yuxarı Qarabağ kanalında batması ehtimal olunan şəxsin axtarışları davam edir.
1news.az APA-ya istinadən xəbər verir ki, suda batması ehtimal olunan şəxsin axtarış tədbirlərinin effektivliyi məqsədi ilə Yuxarı Qarabağ kanalında suyun səviyyəsi aşağı endirilib.
FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarış əməliyyatlarını davam etdirir.
10:54
Ağcabədidə bir nəfər kanalda batıb.
Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Yuxarı Qarabağ kanalının Ağcabədi rayonu, Xocavənd kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.