Kəngərli rayonu ərazisində hərbi sursat tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Kəngərli rayonu ərazisində hərbi sursat tapılıb

Qafar Ağayev17:07 - Bu gün
Kəngərli rayonu ərazisində hərbi sursat tapılıb

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə polis əməkdaşları tərəfindən Kəngərli rayonu, Yeni Kərki kəndi ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin müvafiq qurumunun əməkdaşları hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların 1 ədəd 120 millimetrlik, 1 ədəd 75 millimetrlik top mərmisi və 2 ədəd 30 millimetrlik AQS mərmisi olduğu müəyyən edilib.

Sursatlar zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkarlanmayıb.

Paylaş:
59

Son xəbərlər

Bütün xəbərlər