Beyləqanda saxlanılan 5 nəfərdə 9 kq narkotik aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Beyləqanda saxlanılan 5 nəfərdə 9 kq narkotik aşkarlanıb

Qafar Ağayev12:04 - 12 / 02 / 2025
Beyləqanda saxlanılan 5 nəfərdə 9 kq narkotik aşkarlanıb

Beyləqanda saxlanılan 5 nəfərdən 9 kiloqram narkotik aşkarlanıb.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan 1news.az-a verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən tədbir nəticəsində, əvvəllər məhkum olunmuş Faiq Qasımov saxlanılıb. Ondan 8 kiloqram marixuana aşkarlanıb. Bundan başqa, keçirilən digər əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 4 nəfər - Şirzad Alışov, Şirxan Quliyev, Aqil Mirzəyev və Ceyhun Cəfərov saxlanılıblar.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib.

Paylaş:
293

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər