Zaqatalada keçmiş məhkumdan 4 kq narkotik vasitə götürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Zaqatalada keçmiş məhkumdan 4 kq narkotik vasitə götürülüb

09:58 - 13 / 02 / 2025
Zaqatalada keçmiş məhkumdan 4 kq narkotik vasitə götürülüb

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən Gəncə şəhər sakini, əvvəllər də oğurluq və soyğunçuluğa görə məhkum olunmuş Ruslan Əliyev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan 1news.az bildirilib ki, ondan 4 kiloqrama yaxın marixuana və tiryək aşkar olunub. Saxlanılan şəxs əldə etdiyi narkotik vasitələrin ölkə ərazisində satışını təşkil etməyi planlaşdırıb.

Məhkəmənin qərarı ilə R.Əliyev barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Paylaş:
114

Son xəbərlər

Bütün xəbərlər