Mikayıl Cabbarov: “Ölkəmizin inkişafında şəffaf işləyən sahibkarların böyük rolu var” | 1news.az | Xəbərlər
Cəmiyyət

Mikayıl Cabbarov: “Ölkəmizin inkişafında şəffaf işləyən sahibkarların böyük rolu var”

Qafar Ağayev11:03 - Bu gün
Mikayıl Cabbarov: “Ölkəmizin inkişafında şəffaf işləyən sahibkarların böyük rolu var”

"Ölkəmizin inkişafında şəffaf işləyən sahibkarların böyük rolu var” .

1news.az xəbər verir ki, bu fikirləri “VERGİ XİDMƏTİ – 25: Davamlı inkişaf və effektiv transformasiya” Forumunda iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, bu platformadan onlara təşəkkür edirik. Sahibkarlarımız fəal təşəbbüslər göstərir, dövlətin dəstəyi fonunda fəaliyyətlərini korporativ sosial məsuliyyətə uyğun qurmağa çalışırlar.

“Vergi sisteminin 25 illiyi həm də ölkəmizin inkişafı üçün əlamətdar yubileylərlə eyni ildə qeyd edilir. Ümummilli Lider Heydər Əliyevin dövlətçilik üçün ən mühüm xidmətlərindən olan Konstitusiyanın qəbul edilməsinin 30 illiyi və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, ordumuzun misilsiz şücaəti ilə torpaqlarımızın işğaldan azad edilməsinin 5 illiyini nəzərdə tuturam”, - deyə o qeyd edib.

Paylaş:
60

Son xəbərlər

Bütün xəbərlər