Orxan Nəzərli: Özəl sektorda əmək müqavilələrinin sayı 471 minədək artıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Orxan Nəzərli: Özəl sektorda əmək müqavilələrinin sayı 471 minədək artıb

Qafar Ağayev12:09 - Bu gün
Orxan Nəzərli: Özəl sektorda əmək müqavilələrinin sayı 471 minədək artıb

"Vergi qanunvericiliyində təsdiq edilmiş vergi təşviqlərinin hesabına 2019-cu ilin əvvəlindən son tarixədək cəmi əmək müqavilələrinin sayı 471 minədək, o cümlədən qeyri-neft özəl sektorda 443 mindən çox artıb”.

1news.az xəbər verir ki, bu fikirləri “VERGİ XİDMƏTİ – 25: Davamlı inkişaf və effektiv transformasiya” Forumunda Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib.

Vergi islahatları nəticəsində qeyri-neft üzrə özəl sektorda əmək müqavilələrinin artımı 82,1% təşkil edir. Bu günə özəl bölmədə əmək müqavilələrinin sayı dövlət sektorunu üstələyir ki, bu da əmək bazarının əhəmiyyətli leqallaşmasını ifadə edir”.
“ Həmçinin 2024-cü ildə cəmi əmək haqqı fondu 23,9 milyard manata çatıb ki, burada da 2018-ci illə müqayisə etsək, ümumilikdə 2.5 dəfəyədək, qeyri-neft özəl sektorda isə 2.7 dəfə artım müşahidə olunur” - deyə O. Nəzərli əlavə edib:
“Yeri gəlmişkən, Azərbaycanın əmək bazarında apardığı islahatlar Harvard Universitetinin ekspertləri tərəfindən də yüksək dəyərləndirilib".

Paylaş:
61

Son xəbərlər

Bütün xəbərlər