İsmayıllıda narkotikdən istifadə edən sürücülər saxlanılıblar | 1news.az | Xəbərlər
Cəmiyyət

İsmayıllıda narkotikdən istifadə edən sürücülər saxlanılıblar

15:04 - 14 / 02 / 2025
İsmayıllıda narkotikdən istifadə edən sürücülər saxlanılıblar

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı VAZ-2107 avtomobilinin sürücüsü S.Seyidov təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılıb.

1news.az-ın Oxu.Az-a istinadən xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, yoxlama zamanı onun sürücülük hüququnun olmadığı müəyyən edilib və narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından S.Seyidov müvafiq tibbi müayinədən keçirilib. Müayinənin də nəticəsinə əsasən, həmin şəxsin marixuana istifadə etdiyi məlum olub.

Həmçinin "Mercedes-Benz" markalı avtomobillə ötmə qaydasını pozduğuna görə bölmə əməkdaşları tərəfindən saxlanılmış digər sürücü Z.Mahmudovun da nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən olunub.

Hər iki sürücü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

Paylaş:
118

Son xəbərlər

“Camex” dəyişir!

14 / 02 / 2025, 14:40
Bütün xəbərlər