Gəncədə kişi arvadının qulağını kəsməyə cəhd göstərib - TƏFƏRRÜATLAR

Gəncə sakininin qulağından bıçaq xəsarəti almasının bəzi təfərrüatları məlum olub.
1news.az-ın APA-ya istinadən məlumatına görə xəsarət alan Gəncə şəhər sakini 1994-cü il təvəllüdlü G. Allahverdiyevanın həyat yoldaşı sərxoş vəziyyətdə ona bıçaqla xəsarət yetirib.
Məlumata görə G. Allahverdiyeva hadisəni törədən şəxsin 3-cü həyat yoldaşdır.
Qeyd edək ki, hadisə Gəncə şəhəri ilə Göygöl rayonunun Üçtəpə kəndinin kəsişməsində baş verib.
İlkin məlumta görə G. Allahverdiyevanın həyat yoldaşı polis tərəfindən saxlanıb.
Faktla bağlı araşdırma aparılır
146