Tovuzda sabiq bələdiyyə sədrinə cinayət işi açıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Tovuzda sabiq bələdiyyə sədrinə cinayət işi açıldı

17:00 - 15 / 02 / 2025
Tovuzda sabiq bələdiyyə sədrinə cinayət işi açıldı

Tovuz rayonu Alakol Kənd Bələdiyyəsinin sabiq sədri Ceyhun Quliyev barəsində cinayət işi açılıb.

1news.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Tovuz Rayon prokuroru Maarif Hüseynovun təqdimatı əsasında Tovuz Rayon Məhkəməsinin qərarı ilə Ceyhun Quliyev vəzifəsindən azad edilib və ölkədən çıxışına qadağa qoyulub.

Belə ki, C. Quliyev 14 bələdiyyə üzvünün, katibin iştirakı olmadan, onlardan xəbərsiz imzalarından, şəxsiyyət vəsiqələrinin surətindən icazəsiz, qanunsuz istifadə edərək, heç bir bələdiyyə iclası keçirmədən Köhnəqala kənd sakinin torpağını başqa bir şəxsə saxta sənədləşmə yolu ilə satıb.

Paylaş:
80

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

15 / 02 / 2025, 11:20
Bütün xəbərlər