Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Qafar Ağayev15:15 - 19 / 02 / 2025
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

1news.az xəbər verir ki, bu barədə Dövlət Dəniz və Liman Agentliyi məlumat yayıb.

Bildirilib ki, xəbərdarlığa əsasən, fevralın 20-dən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi fevralın 22-si səhər saatlarına kimi davam edəcək.

Həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-28 m/s, fevralın 21-də açıq dənizdə isə arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyü: 2-3 metr, sonrakı inkişafda 5-7 metrə çatacağı proqnozlaşdırılır.

Paylaş:
142

Son xəbərlər

Bütün xəbərlər