Azərbaycan müdafiə nazirinin müavini IDEX sərgisində iştirak edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan müdafiə nazirinin müavini IDEX sərgisində iştirak edir

Qafar Ağayev16:25 - 19 / 02 / 2025
Azərbaycan müdafiə nazirinin müavini IDEX sərgisində iştirak edir

Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Baş direktor cənab Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu Dabi şəhərində keçirilən 17-ci IDEX Beynəlxalq Müdafiə Sərgisi və Konfransı ilə 8-ci NAVDEX Dəniz Müdafiəsi Sərgisi və Konfransında iştirak edir.

1news.az xəbər verir ki, Dünyada müdafiə sənayesi sahəsindəki ən böyük sərgilərdən biri olan, 65 ölkədən 1560 şirkətin öz məhsullarını nümayiş etdirdiyi IDEX sərgisində Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi də stendlə təmsil olunur.

Baş direktor Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin, eləcə də digər ölkələrə məxsus şirkətlərin stendlərində nümayiş olunan müasir silah və texnika nümunələri ilə tanış olub.

Sərgi çərçivəsində cənab A.Qurbanov Türkiyə Respublikasının Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri cənab Haluk Görgün, Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri cənab Robert Kalinak, Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov, İtaliya Respublikasının müdafiə naziri cənab Quido Krosetto, Türkiyə Respublikasının milli müdafiə nazirinin müavini cənab Musa Heybet, eləcə də dünyanın bir neçə aparıcı şirkətlərinin rəhbər heyətləri ilə görüşüb.

Keçirilən görüşlər zamanı hərbi, hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, həmçinin maraq doğuran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Paylaş:
136

Son xəbərlər

Bütün xəbərlər