Dağlıq rayonlarda 11 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA | 1news.az | Xəbərlər
Cəmiyyət

Dağlıq rayonlarda 11 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA

15:15 - 20 / 02 / 2025
Dağlıq rayonlarda 11 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA

Fevralın 20-si saat 15:00-a olan faktiki hava açıqalnıb.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən məlumata görə, ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti davam edir.

Ordubad, Daşkəsən, Gədəbəy, Gəncə, Tovuz, Ağstafa, Balakən, Qax, Zaqatala, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Xınalıq, Şabran, Şahdağ, Yardımlı, Lerik, Fizuli, Şuşa, Xankəndi, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı və Abşeron yarımadasının bəzi ərazilərində arabir qar yağır.

Şahbuz, Şəmkir, Naftalan, Ceyrançöl, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Biləsuvar, Lənkəran, Astara, Ağdamda yağış müşahidə olunur.

Şimal-qərb küləyi əsir, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Bakıda və Abşeron yarımadasında 25 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Şirvanda 16 m/s-dək güclənib. Dənizdə dalğanın hündürlüyü 3.8 metrdir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 1, Aran rayonlarında 4, Naxçıvan MR-da 3 dərəcəyədək isti, dağlıq rayonlarda 11 dərəcəyədək şaxta qeydə alınıb.

Paylaş:
179

Son xəbərlər

Bütün xəbərlər