Ozon Azərbaycan marketpleysi Çin və Türkiyədən məhsulların satışına başlayıb - FOTO

Ozon Azərbaycan marketpleysi Çin və Türkiyədən malların sifarişini respublika vətəndaşları üçün əlçatan edir.
Marketplace-də artıq geyim və ayaqqabıdan tutmuş məişət texnikası və ev əşyalarına qədər xarici satıcılardan birbaşa sifariş oluna bilən 8 milyondan çox məhsul mövcuddur. Sifarişlərin çatdırılması pulsuz olacaq və Türkiyədən 2 həftəyə qədər, Çindən isə təxminən 1 ay müddətində həyata keçiriləcək.
Vətəndaşlar Çindən sifariş etdikləri malları ölkə üzrə Azərpoçt şöbələrindən, Türkiyədən olan sifarişlərini isə ASE (UNI) paylama məntəqələrindən əldə edə biləcəklər. Ozon veb-saytında və ya tətbiqində sifariş zamanı ən yaxın məntəqəni seçmək mümkündür. Türkiyədən çatdırılma 7-12 gün, Çindən isə 3-4 həftə davam edəcək.
Ölkə sakinləri artıq Çin və Türkiyədən geyim, ayaqqabı, aksesuar, kosmetika, eləcə də təmir və avtomobil üçün məhsullar və mebel daxil olmaqla, müxtəlif kateqoriyalarda 8 milyondan çox məhsul əldə edə bilərlər. Gələcəkdə xaricdən gətirilən məhsulların çeşidi daha da genişlənəcək.
“Hazırda Azərbaycanda Ozon platformasının aktiv istifadəçilərin sayı artmaqdadır. Çin və Türkiyədən malların satışını başlamaqla biz müştərilərimizə daha tələbatlı məhsulları ən yaxşı qiymətlərlə təklif edə biləcəyik. Bizim təcrübəmizə əsasən, bu ölkələrin satıcılarının qiymətləri optimaldır və alıcılar üçün daha cəlbedicidir. Əminik ki, Azərbaycan vitrinində olan çeşidlərin genişlənməsi müştərilərimizin artan tələbatlarını ödəməklə yanaşı, həm də onların müştəri təcrübəsini daha da yaxşılaşdıracaq”, – deyə Ozon şirkətinin MDB və Yaxın Şərq üzrə əməliyyatlar və inkişaf direktoru Aleksey Sapon bildirib.
2020-ci ildən etibarən Ozon beynəlxalq ticarət istiqamətini genişləndirir. Şirkət hazırda Çin və Türkiyədən 130 minə yaxın satıcı ilə əməkdaşlıq edir və bu satıcılar Rusiya, Qazaxıstan, Belarus, Ermənistan və Qırğızıstandan olan müştərilərinə məhsullar təqdim edirlər. Azərbaycan bazarına Ozon 2024-cü ilin yayında daxil olub. Malların ölkəyə çatdırılma müddəti təxminən iki həftədir. Marketpleysin istifadəçiləri sifarişlərini ASE (UNI) və GBS Export tərəfdaşlarının təhvil məntəqələrində və ya Unitrade şirkətinin kuryer xidməti vasitəsilə əldə edə bilərlər.
Gələcəkdə Ozon ölkədə özünün logistika infrastrukturunu inkişaf etdirməyi planlayır. Bura anbar komplekslərinin yaradılması, çatdırılma xidmətinin qurulması və françayz əsasında brendləşdirilmiş sifarişlərin qəbulu və təhvil verilməsi məntəqələrinin şəbəkəsinin formalaşdırılması daxildir.
----
Ozon geniş çeşiddə malların satışını həyata keçirən və mükəmməl logistika şəbəkəsinə sahib olan marketpleysdir. Şirkət Azərbaycan, Qazaxıstan, Ermənistan, Belarus, Rusiya, Qırğızıstan, Özbəkistan, Gürcüstan, eləcə də Çin və Türkiyədə fəaliyyət göstərir. Platformada kitablar, geyimlər, qida, sağlamlıq və digər məhsullar daxil olmaqla 20-dən çox kateqoriyada 370 milyon məhsul mövcuddur. Hazırda 53,5 milyon aktiv alıcı Ozon-un inkişaf etmiş logistika şəbəkəsi vasitəsilə sifarişlərini alır, eyni zamanda 550 mindən çox sahibkar öz məhsullarını Rusiya və MDB ölkələrində satışa çıxarır.
Reklam hüququnda