Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “Azərbaycan Dövlət Neft və Sənaye Universiteti-100” adı verilib

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən 100 illiyi silsilə tərdbirlərlə qeyd edilən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yaranmasının tarixini bundan sonra Balaxanı hasilat ərazisində bir əsrlik yaşı olan neft quyusu adında əks etdirəcək.
“ADNSU-100’ adlanan quyu barədə sertifikatı “Balakhani Operating Company LTD”-nin prezidenti Rövşən Rzayev ADNSU rektoru, dosent Rüfət Əzizova təqdim edib.
“Danışır sənaye” silsilə mühazirələri çərçivəsində universitetin müəllim və tələbə heyəti qarşısında çıxış edən Rövşən Rzayev “Neft sənayesinin dayanıqlı gələcəyi: istiqamətimiz haradır?” mövzusunda fikirləri ilə bölüşüb. O vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev, akademix Xoşbəxt Yusifzadə və saylı digər tanınmış xadimlərin adlarını daxil edən ADNSU məzunları yüksək peşəkarlıqla Vətənimizin enerji sektorunu yaradanlardır. 4cü Sənaye İnqilabı dövründə dayanıqlılıq standartlarını yüksəltməyə çalışan hasilat şirkətlərinin bu gün yeni təfəkkürlü, innovativ, bilikli gənclərə böyük ehtiyacı var: “Enerji sərvətlərimizin işləniməsi məsuliyyətli və dayanıqlı şəkildə aparılmalıdır ki, Azərbaycanın rifahına və qlobal enerji təhlükəsizliyinə töhfə verməkdə davam etsin. Balaxanı Əməliyyat Şirkəti ADNSU ilə əməkdaşlıq quraraq, sinif otağı ilə sənayeni biri-birinə yaxınlaşdırıb, qarşılıqlı şəkildə yeni ideya və inovativ təcrübələrlə çıxış edib, ölkəmizin neft və qaz hasilatının dayanıqlılıq erasını birgə quracaq”.
ADNSU rektoru, dosent Rüfət Əzizov isə dioqqətə çatdırıb ki, tarixi bir əsri aşan Dövlət Neft və Sənaye Universitetimiz yüksək potensiala malik təhsil ocağı olmaqla yanaşı, sənayeyə ən yaxın ali təhsil müəssisələrindən biridir. O, bildirib ki, bu günkü tədbirdə təmsil olunan hər iki təşkilat üçün insan kapitalının formalaşması, xalqa, dövlətə xidmət əsas hədəflərdəndir. Bu baxımdan şirkətlə təhsil müəssisəsi arasında qurulan əməkdaşlıq müsbət nəticə verəcək: “Əməkdaşlığımızda üç ümumi istiqamət vacibidir- müasir iş mühitinə uyğun kadrlar yetişdirmək üçün təhsil və tədqiqat proqramlarının həyata keçirilməsi, sənayenin təcrübəsindən istifadə edərək ADNSU tələbəsinin təhsildə keçirdiyi hər gününə praktiki faydanın qatılması, ekoloji mühafizə və dayanıqlılıq naminə elmə əsaslann innovativ həll yollarının birgə işlənilməsi”.
Tədbir çərçivəsində tərəflər arasında Anlaşma Memorandumu imzalanıb. Daha sonra ADNSU-nun rektoru “Balakahni Operating Company LTD”-nin prezidenti Rövşən Rzayevə “ADNSU-nun 100 illiyi Yubiley medalı”nı təqdim edib. Qeyd edək ki, Preizdent İlham Əliyevin qərarı ilə təsis olunan "Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020) yubiley medalı” elm, təhsil, habelə neft və sənaye sahələrində yüksək nailiyyətlər əldə etmiş, bu sahələrin inkişafına xüsusi töhfə vermiş şəxslərə təqdim olunur.
ADNSU-dakı “Danışır sənaye” silsilə mühazirələri çərçivəsində universitetə gələn qonaqlar Azİİ e-Kitab Evi və Tarix muzeyində olub, Türkiyə-Azərbaycan Dostluq Mərkəzi və Şəhidlər üçün ucaldılmış Abidə kompleksini ziyarət ediblər. Ulu Öndər Heydər Əliyevin büstü önünə əklil qoyulub.









