AYNA: “Hava şəraiti ilə əlaqədar avtobusların hərəkətində gecikmələr müşahidə oluna bilər”

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
1news.az AYNA-ya istinadən xəbər verir ki, hazırda bütün marşrutlar üzrə sərnişin tələbatına uyğun olaraq, daşımalar həyata keçirilir.
Bildirilib ki, xəttə gündəlik saya uyğun avtobuslar buraxılıb: “Hava şəraiti ilə əlaqədar avtobusların hərəkətində gecikmələr müşahidə oluna bilər”.
Agentlik şəxsi avtomobilləri ilə yola çıxan sürücüləri daha böyük ara məsafəsi saxlamağa, parklanma zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır: “Mənzil başına tez və təhlükəsiz çatmaq istəyən vətəndaşlarımıza ictimai nəqliyyatdan istifadə etməyi tövsiyə edirik”.