“Azərişıq” Naxçıvanda elektrik enerjisi təchizatını həyata keçirəcək

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri genişləndirilib.
1news.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” qərara etdiyi dəyişiklikdə öz əksini tapıb.
Belə ki, “Azərişıq” ASC Naxçıvan Muxtar Respublikasında da elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirəcək, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirəcək.
Qüvvədə olan qanunvericiliyə əsasən əsasən, “Azərişıq” ASC bu əsas məqsədlərini Naxçıvan Muxtar Respublikası istisna olmaqla Azərbaycan Respublikasının ərazisində yerinə yetirir.