Eldəniz Hacıyev uzun sürən xəstəlikdən sonra vəfat edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Eldəniz Hacıyev uzun sürən xəstəlikdən sonra vəfat edib

12:54 - Bu gün
Eldəniz Hacıyev uzun sürən xəstəlikdən sonra vəfat edib

Bakı şəhəri Nərimanov rayonunun xalq deputatı, uzun illər Bakı Şəhər İcra Hakimiyyətində və Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətində müxtəlif məsul vəzifələrdə çalışan Eldəniz Müzəffər oğlu Hacıyev vəfat edib.

1news.az xəbər verir ki Eldəniz Hacıyev 1962-ci ildə Şəmkir rayonunda anadan olub, Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Xalq təsərrüfatının planlaşdırılması və iqtisadiyyatı” fakültəsini bitirib.

O, harada çalışmasından asılı olmayaraq, əsl dövlət qulluqçusu kimi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib, kollektivin dərin rəğbətini qazanıb.

Eldəniz Hacıyevin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin !

Paylaş:
383

Son xəbərlər

ADY-də yeni təyinat

Bu gün, 14:13
Bütün xəbərlər