Narkotik dövriyyəsinə görə 2 nəfər həbs edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Narkotik dövriyyəsinə görə 2 nəfər həbs edilib

13:47 - 25 / 02 / 2025
Narkotik dövriyyəsinə görə 2 nəfər həbs edilib

Biləsuvar rayonundakı Cəbrayıl şəhərciyində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbir keçirilib.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan 1news.az-a verilən məlumata görə, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının tərəfindən şübhəli bilinən Fərrux Cahangirov və Gilənar Quliyeva saxlanılıblar. Onlardan 3 kiloqramdan artıq marixuana və tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilənlar barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Paylaş:
159

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər