Biləsuvarda dəm qazından zəhərlənən 6 nəfərin son vəziyyəti açıqlanıb - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Biləsuvarda dəm qazından zəhərlənən 6 nəfərin son vəziyyəti açıqlanıb - YENİLƏNİB

10:48 - Bu gün
Biləsuvarda dəm qazından zəhərlənən 6 nəfərin son vəziyyəti açıqlanıb - YENİLƏNİB

Biləsuvarda dəm qazından zəhərlənənlərin son vəziyyəti açıqlanıb.

1news.az-ın "Report"a istinadən xəbərinə görə, TƏBİB-dən bildirilib ki, dəm qazından zəhərlənmə şübhəsilə 6 nəfər (5-i qadın, 1-i kişi olmaqla) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Onların hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

09:18

Biləsuvarda evdə dəm qazından kütləvi zəhərlənmə hadisəsi baş verib.

1news.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.

Bir evdə yaşayan Səidə Əmirova, Salah Ağayev, Sevda Ağayeva, Əli Ağayev, Zümrüd Ağazadə və Gülay Ağayeva dəm qazından zəhərləniblər.

Zəhərlənənlər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
100

Son xəbərlər

Bütün xəbərlər