Şaxtalı hava şəraiti davam edir - FAKTİKİ HAVA | 1news.az | Xəbərlər
Cəmiyyət

Şaxtalı hava şəraiti davam edir - FAKTİKİ HAVA

10:23 - Bu gün
Şaxtalı hava şəraiti davam edir - FAKTİKİ HAVA

Saat 10:00-a olan məlumata əsasən hazırda ölkə ərazisində şaxtalı hava şəraiti davam edir, gecə saatlarından yağıntılar tədricən kəsilib.

1news.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qarın hündürlüyü Zaqatalada (Əlibəy) 75, Qaxda (Sarıbaş) 50, Altıağacda 34, Lerikdə 58, Şəkidə 29, Qrızda 23, Oğuzda 21, Xaltan, Şamaxı və Daşkəsəndə 20, Neftçalada 18, Şahbuzda 16, Şahdağ və Qəbələdə 15, Göygöl və Yardımlıda 13, İsmayıllı və Lənkəranda 12, Quba və Balakəndə 11, Astara və Gədəbəydə 9, Qobustan , Naxçıvan, Sədərək, Qusar, Göyçay və Ordubadda 7, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində isə 8 sm-dir.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında, eləcə də Aran rayonlarında 7, Naxçıvan MR-da və dağlıq rayonlarda 14, yüksək dağlıq ərazilərdə 21 dərəcəyədək şaxta qeydə alınıb.

Paylaş:
62

Son xəbərlər

Bütün xəbərlər