Sabah Bakıda bəzi yollarda hərəkət məhdudlaşdırılacaq - DYP-dən MÜRACİƏT | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah Bakıda bəzi yollarda hərəkət məhdudlaşdırılacaq - DYP-dən MÜRACİƏT

Qafar Ağayev11:09 - Bu gün
Sabah Bakıda bəzi yollarda hərəkət məhdudlaşdırılacaq - DYP-dən MÜRACİƏT

Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq.

1news.az xəbər verir ki, bu barədə Bakı Şəhər DYP İdarəsinin sürücülərə müraciətində deyilir.

"Hərəkətin məhdudlaşdırılması faciə qurbanlarının xatirəsini yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.

Fevralın 26-da səhər saat 08:00-dan mərasim qurtaranadək Xocalı prospekti ilə kəsişən, birləşən və paralel olan Mehdi Mehdizadə, Kamandar Əhmədov, Ayaz İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək.

Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur" - deyə müraciətdə qeyd olunub.

Paylaş:
102

Son xəbərlər

Bütün xəbərlər