Fevral ayında 91 nəfər zəhərlənmə şikayəti ilə KTM-ə müraciət edib, ölənlər var

Fevral ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 91 nəfər qəbul edilib.
1news.az xəbər verir ki, bu barədə KTM məlumat yayıb.
Bildirilib ki, xəstələrdən 36 nəfər dərmandan, 22 nəfər sirkə turşusundan, 9-u spirtli içkidən, 3-ü botulizmdən, 11 nəfər dəm qazından, dörd nəfər fosfor üzvi birləşmələrindən, dörd nəfər allergik reaksiyadan, iki nəfər yandırıcı məhluldan zəhərlənmə səbəbi ilə şöbəyə yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən beşi (dördü kişi cinsli, biri qadın cinsli) dünyasını dəyişib. Ölüm halları sirkə turşusu və dərman zəhərlənmələrindən qeydə alınıb.
107