Ağdamda avtomobilin vurduğu piyada xəstəxanada ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdamda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

14:16 - 01 / 03 / 2025
Ağdamda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Ağdam rayonunda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

1news.az-ın "Report"a istinadən əldə etdiyi məlumata görə, hadisə rayonun Xındırıstan qəsəbəsi ərazisində baş verib.

Qəsəbə sakini, 1962-ci il təvəllüdlü Həsənov Ələmdar Hamid oğlu yolu keçərkən 21 yaşlı Elcan Şirəliyev idarə etdiyi "Prado" markalı avtomobillə onu vurub.

Yaralı Ə.Həsənov Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərilən Ələmdar Həsənov təcili tibbi yardım avtomobili ilə Bərdə Diaqnostika Mərkəzinə göndərilib. Lakin həkimlərin səyinə baxmayaq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
617

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər