Nərimanov rayonunda polis əməliyyatı - 1 “Kalaşnikov”, 1 tapança, 2 tüfəng, 153 patron… | 1news.az | Xəbərlər
Cəmiyyət

Nərimanov rayonunda polis əməliyyatı - 1 “Kalaşnikov”, 1 tapança, 2 tüfəng, 153 patron…

Qafar Ağayev12:58 - Bu gün
Nərimanov rayonunda polis əməliyyatı - 1 “Kalaşnikov”, 1 tapança, 2 tüfəng, 153 patron…

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

DİN mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Nərimanov Rayon Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə paytaxt sakini 74 yaşlı V.Usolsevin rayon ərazisində yerləşən evində odlu silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub.

Həmin şəxs polislər tərəfindən saxlanılıb. Onun ünvanından 1 “Kalaşnikov” avtomatı, 2 tüfəng, 1 tapança və 153 ədəd patron aşkarlanaraq götürülüb.

Faktla bağlı Cinayət İşi başlanılıb, araşdırmalar davam etdirilir.

Paylaş:
103

Son xəbərlər

Bütün xəbərlər