Sumqayıtda qadınlar arasında mübahisə qanla bitib | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda qadınlar arasında mübahisə qanla bitib

08:46 - 05 / 03 / 2025
Sumqayıtda qadınlar arasında mübahisə qanla bitib

Sumqayıtda 59 yaşlı qadın qonşu qadın tərəfindən bıçaqlanıb.

1news.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin "Betonzavod" adlanan ərazisində qeydə alınıb.

1990-cı il təvəllüdlü Çinarə İsmayıl qızı Nəbiyeva aralarında baş vermiş münaqişə zəminində qonşusu, 1966-cı il təvəllüdlü Xırda Zərbala qızı Məmmədovaya bıçaqla xəsarət yetirib.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Paylaş:
137

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər