Bakıda Üzeyir Hacıbəyli küçəsində yol hərəkətində dəyişiklik ediləcək - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda Üzeyir Hacıbəyli küçəsində yol hərəkətində dəyişiklik ediləcək - FOTO

Qafar Ağayev09:23 - 05 / 03 / 2025
Bakıda Üzeyir Hacıbəyli küçəsində yol hərəkətində dəyişiklik ediləcək - FOTO

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat verir ki, 5 mart 2025-ci il tarixində paytaxtın Üzeyir Hacıbəyli küçəsində yol hərəkətində dəyişiklik ediləcəkdir.

1news.az xəbər verir ki, bu barədə Bakı Şəhər DYP İdarəsinin və AYNA-nın birgə məlumatında qeyd olunub.

Belə ki, Yusif Səfərov küçəsi ilə hərəkət edən nəqliyyat vasitələri Ü.Hacıbəyli küçəsinin sağ kənar yoluna daxil olduqda yolun mərkəz hissəsinə daxil ola bilməyəcəklər. Bununla da hərəkəti düz davam edib sağa Nizami küçəsinə yönələcəklər. Həmin ərazidə yerləşən yeraltı parkinqdən çıxan avtomobillər isə birbaşa Ü.Hacıbəyli küçəsinin mərkəz yoluna daxil ola biləcəklər.

Müvafiq nişanlar sözügedən ərazidə quraşdırılacaqdır. Yol hərəkətinin təşkilində edilən dəyişiklik Ü.Hacıbəyli küçəsində yarana biləcək sıxlıqların qarşısının alınması, ümumi istifadədə olan nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə həyata keçirilir.

Paylaş:
304

Son xəbərlər

Bütün xəbərlər