Neftçalada maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Neftçalada maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb - VİDEO

13:54 - Bu gün
Neftçalada maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb - VİDEO

FHN Neftçala rayonunda maye qazdoldurma məntəqəsinin istismarını dayandırıb.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən Neftçala rayonunun Qədimkənd kəndində fəaliyyət göstərən fərdi sahibkar Leysanov Rasəf Firudin oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.

Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.

Belə ki, maye qazdoldurma məntəqəsində istismar olunan maye qaz tutumunun daxili baxışının və hidravlik sınağının keçirilmədiyi, maye qaz tutumunun üzərində quraşdırılmış qoruyucu klapanların növbəti yoxlamasının aparılmadığı, məntəqədə istismar olunan rezin parçalı qolların sınaqdan keçirilmədiyi, həmçinin qurğu və avadanlıqların torpaqlanma konturunun müqavimətinin yoxlanılmadığı müəyyən edilib.

Aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.

Paylaş:
69

Son xəbərlər

Bütün xəbərlər