Azərbaycan-Ermənistan arasında sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesi yekunlaşıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan-Ermənistan arasında sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesi yekunlaşıb

15:33 - 13 / 03 / 2025
Azərbaycan-Ermənistan arasında sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesi yekunlaşıb

"Azərbaycan-Ermənistan arasında sülh sazişinin mətni ilə bağlı artıq danışıqlar prosesi yekunlaşıb”.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, son açıq qalan iki maddəni Ermənistan artıq qəbul etdiyini bizə çatdırıb: “Mətn üzrə işlər yekunlaşıb. Sonrakı mərhələdə artıq Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmalıdır. Əlavə olaraq Minsk Qrupu və onun qalıqlarının da ləğv olunması həyata keçirilməlidir”.

Paylaş:
88

Son xəbərlər

Bütün xəbərlər