Çinarə Məlikzadə və Xəzər Süleymanlı DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Çinarə Məlikzadə və Xəzər Süleymanlı DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar - FOTO

17:14 - Bu gün
Çinarə Məlikzadə və Xəzər Süleymanlı DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar - FOTO

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində müğənni Çinarə Məlikzadə və qiraətçi Xəzər Süleymanlı ilə görüş keçirilib. Qonaqlar Mərkəzin təlimçiləri və benefisiarlarının hazırladıqları əl işlərindən ibarət ekspozisiyaya baxıb, yaradıcılıq studiyalarında təlim prosesi ilə tanış olublar.

1news.az xəbər verir ki, mərkəzin direktoru vəzifəsini icra edən Elnarə Ənsari qonaqlara həssas qruplara aid şəxslərin cəmiyyətə inteqrasiyasını təmin etmək üçün həyata keçirilən tədbirlər barədə məlumat verib. Qonaqlar Təsviri incəsənət studiyasında yaradıcılıq prosesinə qoşulub, benefisiarlarla birlikdə bacarıqlarını sınayıblar.

Sonra Mərkəzin istedadları, təlimçiləri və “İnklüziv DOST” könüllüləri müğənni Çinarə Məlikzadə və qiraətçi Xəzər Süleymanlı ilə birlikdə mahnı və poeziya nümunələri səsləndiriblər. Proqramda qonaqların repertuarından sevilən kompozisiyalar, bəstəkar mahnıları yer alıb. Görüş çərçivəsində qonaqlar birgə layihələri olan “Sənə gəlməyəcəm” adlı kompozisiyanın ilk təqdimatını ediblər.

Layihənin təşkilində məqsəd həssas qruplardan olan şəxslərin incəsənət vasitəsi ilə sosial inteqrasiyasını gücləndirmək, onları motivasiya etməkdir.

Paylaş:
53

Son xəbərlər

Bütün xəbərlər