Ölkə ərazisində dumanlı hava şəraiti davam edir - FAKTİKİ HAVA | 1news.az | Xəbərlər
Cəmiyyət

Ölkə ərazisində dumanlı hava şəraiti davam edir - FAKTİKİ HAVA

09:47 - Bu gün
Ölkə ərazisində dumanlı hava şəraiti davam edir - FAKTİKİ HAVA

Ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti davam edir.

Bu barədə 1news.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda Quba, Gəncə, Yexlax, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Salyan, Biləsuvar, Lənkəran, Astarada duman müşahidə olunur. Dumanda görünüş məsafəsi 50-500 metrədək məhdudlaşır.

Ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin martın 14-dək fasilələrlə davam edəcəyi gözlənilir.

Paylaş:
40

Son xəbərlər

Bütün xəbərlər