Bayram süfrəsi qurmaq bir ailəyə neçəyə başa gəlir? - REPORTAJ - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Reportaj

Bayram süfrəsi qurmaq bir ailəyə neçəyə başa gəlir? - REPORTAJ - FOTO - VİDEO

Ayşən İsmayılova16:46 - Bu gün
Bayram süfrəsi qurmaq bir ailəyə neçəyə başa gəlir? - REPORTAJ - FOTO - VİDEO

Şaxtalı və qarlı qış günlərinin yaz fəsli ilə əvəz olunmasına sayılı günlər qalıb.

Çiçək təravətli baharın ən gözəl müjdəçilərindən biri də Novruz bayramıdır. Uzun və qədim bir keçmişə malik olan bu gözəl bayramda hər kəs süfrəyə bir-birindən dadlı təamlar düzür, növbənöv nemətlərlə bayram xonçaları bəzəyir.

Bəs bir ailənin Novruz süfrəsi qurmağı üçün təxmini nə qədər büdcəyə ehtiyac var?

1news.az bu sualın cavabını tapmaq və qiymətlərlə maraqlanmaq üçün “Gənclik” metrostansiyasının çıxışında yerləşən “Kənddən şəhərə” Novruz yarmarkasına üz tutub.

Yarmarkalarda satılan məhsulların qiymətini təqdim edirik:

Alma - 0.50 – 2 manat

Qızıləhmədi alması - 2 manat

Armud - 2 manat

Xurma - 0.30 – 1.50 manat

Qabıqlı qoz - 6- 10 manat

Ləpə - 12 - 26 manat

Qabıqlı fındıq - 6 – 8 manat

Fındıq ləpəsi – 14 - 18 manat

Qabıqlı badam – 4.50 manatdan başlayır

Qabıqsız badam – 15 - 24 manat

Şabalıd – 9 - 10 manat

Kişmiş – 7 - 17 manat

İydə - 6 - 8 manat

İnnab – 5 – 12 manat

Səməni – 1 - 20 manat

Xonça – 8 - 12 manat

Şamlar – 1 - 3 manat

Suvenirlər – 1 manatdan - 5 manata qədər

Qeyd edək ki, martın 8-də fəaliyyətə başlayan yarmarka 19 marta qədər davam edəcək.

FOTO - VİDEO: Nadir İbrahimli

Paylaş:
98

Son xəbərlər

Bütün xəbərlər