Gələn həftə Azərbaycana yaz fəsli daxil olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Gələn həftə Azərbaycana yaz fəsli daxil olacaq

17:02 - Bu gün
Gələn həftə Azərbaycana yaz fəsli daxil olacaq

Gələn həftə - martın 20-si Azərbaycana yaz fəsli daxil olur.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından 1news.az-a verilən məlumata görə, yaz fəslinin Azərbaycana daxil olması saat 13:01:25-ə təsadüf edəcək.

Bildirilib ki, fəslin uzunluğu 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq.

Bu zaman gecə ilə gündüz bərabərləşəcək, Günəş ekliptika (Günəşin illik zahiri hərəkət yolu) üzrə hərəkət edərək, ekvatoru kəsməklə Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində asrtonomik yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayacaq. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq.

Paylaş:
50

Son xəbərlər

Bütün xəbərlər