“28 May” metrostansiyasının yaxınlığında mağazada yanğın olub

Bakının Nəsimi rayonunda mağazada yanğın olub.
1news.az xəbər verir ki, hadisə "28 May" metrostansiyasının yaxınlığında yerləşən obyektin girişində baş verib.
Dərhal əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.
43