Qəzalı binalarla bağlı problemlərin həlli və əhalinin mənzil-şəraitinin yaxşılaşdırılması üzrə tədbirlərə dair müşavirə keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Qəzalı binalarla bağlı problemlərin həlli və əhalinin mənzil-şəraitinin yaxşılaşdırılması üzrə tədbirlərə dair müşavirə keçirilib

Qafar Ağayev15:23 - Bu gün
Qəzalı binalarla bağlı problemlərin həlli və əhalinin mənzil-şəraitinin yaxşılaşdırılması üzrə tədbirlərə dair müşavirə keçirilib

18 mart tarixində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə ölkə ərazisində qəzalı vəziyyətə düşmüş çoxmənzilli yaşayış binaları ilə bağlı verilmiş tapşırıqların icra vəziyyəti, görüləcək işlər və digər əlaqəli məsələlərə dair iclas keçirilib.

1news.az xəbər verir ki, iclasda Fövqəladə Hallar Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Bakı Şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri iştirak edib, məruzələr dinlənilib.

İclasın yekununda müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub, aidiyyəti qurumlara tapşırıqlar verilib.

Paylaş:
58

Son xəbərlər

Bütün xəbərlər