İdxal olunan bir sıra qida məhsullarında uyğunsuzluq aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İdxal olunan bir sıra qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Qafar Ağayev09:33 - 18 / 03 / 2025
İdxal olunan bir sıra qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Nəzarət tədbirləri çərçivəsində ölkəyə idxal olunan bir sıra qida məhsullarından götürülmüş nümünələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar aşkarlanıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən 1news.az-a verilən məlumata görə, uyğunsuzluqlar əsasən məhsul partiyalarının fiziki-kimyəvi göstəriciləri, həmçinin müvafiq olaraq kif-maya göbələklərinin və Aflatoksin B1-in normadan artıq olması ilə bağlı olub.

Uyğunsuzluq aşkarlanan məhsullar aşağıdakılardır:

Məhsulun adı

İstehsal və son istifadə tarixi

Miqdarı

Mənşə ölkəsi

İstehsalçı

İdxalçı

Hidrogenləşdirilmiş palma sterini

01.11.2024

-

01.05.2026

23869.44 kq

Malayziya

“MOI Foods Malaysia Sdn. Bhd.”

“Mamam Chocolate And Bakery” MMC

Quzu əti

30.11.2024

-

30.11.2025

17000 kq

Monqolustan

“AZAT LLC”

“Eleven Group” MMC

Dondurulmuş

mal əti

18.11.2024

-

18.11.2025

6180 kq

Ukrayna

“VKP”Verbovskoye”

“Hereti Bottling Company” MMC

Qarğıdalı yarması

28.11.2024

-

28.09.2025

10000 kq

Rusiya

OOO “TРАСТ”

“Bolluq LTD” MMC

Faktla bağlı normativ tələblərə cavab verməyən məhsulların gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya utilizasiyası barədə qərar qəbul olunub.

Paylaş:
100

Son xəbərlər

Bütün xəbərlər