Bərdədə doğuş zamanı ana ölüb, körpəsi sağ qalıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bərdədə doğuş zamanı ana ölüb, körpəsi sağ qalıb

10:19 - 18 / 03 / 2025
Bərdədə doğuş zamanı ana ölüb, körpəsi sağ qalıb

Bərdədə doğuş zamanı 28 yaşlı ana ölüb uşaq sağ qalıb.

1news.az-ın "Report"a istinadən əldə etdiyi məlumata görə, Bərdə rayon sakini 1997-ci il təvəllüdlü Qaçaylı Füruzə kəskin ağrılarla xəstəxanaya müraciət edib.

Doğuş əməliyyatına götürülən qadın 37 həftəlik hamiləlik dövründə olub və əməliyyat normal keçib. Sonradan halı pisləşən F.Qaçaylı həyatını itirib doğulan oğlan uşaq isə sağdır.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır

Paylaş:
77

Son xəbərlər

Ağcabədidə yol qəzası olub

01 / 04 / 2025, 16:09
Bütün xəbərlər