Novruzun sehrli ab-havası: Bayram adətlərinə necə riayət olunur? - VİDEO | 1news.az | Xəbərlər
Reportaj

Novruzun sehrli ab-havası: Bayram adətlərinə necə riayət olunur? - VİDEO

13:06 - 19 / 03 / 2025
Novruzun sehrli ab-havası: Bayram adətlərinə necə riayət olunur? - VİDEO

Novruz bayramına bir gün qalıb və bütün ölkə baharın müjdəçisi olan bayramı qeyd etmək üçün böyük həvəslə hazırlaşır.

1news.az əməkdaşları vətəndaşların Novruz adət-ənənələrinə necə riayət etmələri ilə bağlı sorğu keçirib.

Sorğuda iştirak edənlərin əksəriyyəti üçün Novruz, hər şeydən əvvəl, ailə və birlik rəmzidir. Bu gün ailə üzvləri ilə yanaşı, uzun müddətdir görüşməyə imkan tapılmayan uzaq qohumlar da bir araya gəlir. Novruz, doğmaları və yaxınları eyni süfrə arxasında birləşdirən, baharın gəlişinin və təbiətin yenilənməsinin sevincini bölüşmək üçün unikal fürsətdir. Bayram süfrəsi isə ənənəvi şirniyyatlarsız – şəkərbura, paxlava və qoğalsız təsəvvür edilə bilməz.

Bəzi respondentlər isə Novruzu açıq havada – təbiətin qoynunda, baharın təravətli havasını hiss edərək qeyd etməyi planlaşdırdıqlarını bildiriblər. Onlar üçün bu bayram təkcə ailə süfrəsi deyil, həm də şəhərin səs-küyündən uzaqlaşıb təbiətlə harmoniyada olmaq, ruhən yenilənmək fürsətidir.

Novruzun gəlişi ilə hər kəsin qəlbində bahar coşqusu və yeni başlanğıclara ümid doğur. Bayramın bütün insanlara sevinc, ruzi-bərəkət və firavanlıq gətirməsi diləyi ilə!

Bütün 1news.az kollektivi adından sizi Novruz bayramı münasibəti ilə təbrik edirik!

Müxbir Nəzrin Allahverdiyeva

Operator: Nadir İbrahimli

Paylaş:
99

Son xəbərlər

Bütün xəbərlər