Sabah avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

13:23 - 21 / 03 / 2025
Sabah avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Ölkə ərazisində martın 22-də qeyri-sabit, yağıntılı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.

1news.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Xatırladaq ki, martın 18-dən 19-na keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib, havanın temperaturunun ötən günlərlə müqayisədə 10-15 dərəcə enib.

Qeyd edək ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti martın 24-dək davam edəcək.

Paylaş:
114

Son xəbərlər

Bütün xəbərlər