Gəncədə qaz balonu partlayıb, yaralanan var

Gəncə şəhərində qaz balonu partlayışı nəticəsində bir nəfər yaralanıb.
1news.az-ın “Report”a istinadən məlumatına görə, Cavadxan qəsəbəsində baş vermiş hadisədə müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxs 1995-ci il təvəllüdlü A. Ələkbərovdur.
Zərərçəkmiş xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırma aparılır.
54