Bərdəyə qaçaqmalçılıq yolu ilə gətirilən narkotiki polis aşkarlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bərdəyə qaçaqmalçılıq yolu ilə gətirilən narkotiki polis aşkarlayıb

09:27 - 21 / 03 / 2025
Bərdəyə qaçaqmalçılıq yolu ilə gətirilən narkotiki polis aşkarlayıb

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində əvvəllər məhkum olunan Sarvan Məhərrəmov saxlanılıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, ondan 4 kiloqram marixuana aşkarlanaraq götürülüb. O, ifadəsində İrandan qaçaqmalçılıq yolu ilə gətirdiyi narkotikin Bərdə rayonu ərazisində satışını təşkil etmək istədiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, S.Məhərrəmov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Paylaş:
86

Son xəbərlər

Bütün xəbərlər