Gədəbəydə sərxoş kişi yarğana yıxılaraq ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Gədəbəydə sərxoş kişi yarğana yıxılaraq ölüb

10:41 - 21 / 03 / 2025
Gədəbəydə sərxoş kişi yarğana yıxılaraq ölüb

Gədəbəydə bədbəxt hadisə baş verib.

1news.az-ın APA-ya istinadən xəbərinə görə, martın 19-u saat 18 radələrində Gədəbəy rayon Moruqlu kəndinin ərazisində kənd sakini 1977-ci il təvəllüdlü Ə. Əsgərov sərxoş vəziyyətdə yaşadığı evə gedərkən havanın yağışlı, və torpaq səthinin sürüşkən olması səbəbindən yıxılaraq yarğana düşüb və orada ölüb.

Ə.Əsgərovun meyiti martın 20-si tapılıb.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Paylaş:
94

Son xəbərlər

Bütün xəbərlər