Ağcabədidə iki avtomobil toqquşdu | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağcabədidə iki avtomobil toqquşdu

12:24 - 24 / 03 / 2025
Ağcabədidə iki avtomobil toqquşdu

Ağcabədidə iki minik avtomobili toqquşub, sürücü və sərnişin xəsarət alıb.

1news.az-ın Trend-ə istinadən əldə etdiyi məlumata görə, hadisə ötən gecə rayonun Rəncbərlər kəndi ərazisində baş verib.

Hərəkətdə olan "VAZ 2107" markalı avtomobil "KIA" markalı avtomobillə toqquşub.

Nəticədə "VAZ"ın sürücüsü, rayon sakini 1992-ci il təvəllüdlü Məmmədov Sənan və onun qohumu, sərnişin İsrail adlı şəxs müxtəlif dərəcəli xəsarət alıb.

Yaralılar Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
137

Son xəbərlər

Bütün xəbərlər